
Şirvanda 4 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə, dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.(milli.az)
Nyus.Az

























