
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol qəzası baş verib.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza Qobustan rayonu ərazisində qeydə alınıb.
Belə ki, iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, daha 3 nəfər isə xəsarət alıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Nyus.Az

























