Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri - 1973-cü il təvəllüdlü Elçin Əliyev, 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü Iftixar Hacıyevdir. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda baş verən qəzada xəsarət alan 3 nəfərdən biri dünyasını dəyişib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, xəsarət alan "VAZ 2106"-nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.