
Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən milli.az-a verilən məlumata görə, sentyabrın 28-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini C.Atabalayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Tünzalə Qəhrəmanovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Nyus.Az

























