Lerik rayonuda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən milli.az-a verilən məlumata görə, Lerik rayonunun Günəşli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 8 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Nyus.Az