Türkiyənin Amasiya vilayətində ağır yol qəzası baş verib.
Nyus.Azın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, vilayətin Suluova rayonunda Ağrı-İstanbul marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə mikroavtobus toqquşub.
Qəza nəticəsində mikroavtobusun sürücüsü ölüb, 4 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri barədə məlumat verilmir.