Ağcabədi rayonunda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən milli.az-a verilən məlumata görə, rayonun Salmanbəyli kəndində ümumi sahəsi 1050 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 480 m² sahədə, içərisinə yığılan 30 ton ot bağlamasının 10 tonu və yaxınlıqda ümumi sahəsi 222 m² olan qamışdan ibarət tövlə yanıb.
Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Nyus.Az