Çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dünən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh, Zağulba, Nardaran və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.
Nyus.Az