
Bakı şəhərinin Sabunçu rayonunda yanğın qeydə alınıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, rayonda ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyü, 2 otağının yanar konstruksiyaları və əşyaları 70 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Nyus.Az

























