
Masallı rayonunda 3 hektar biçilməmiş taxıl sahəsi yanıb.
Nyus.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.
Şamaxı rayonunun Çarhan kəndində isə 10 hektar biçilməmiş və 30 hektar biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.
Hər iki halda alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Nyus.Az

























