
“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə günü jurnalistlərə Saxalin vilayətinin sosial müdafiə naziri Yelena Kasyanova bildirib.
"Ödəmələr 16 ailəyə veriləcək. İdarə xətti ilə bütün zəruri sənədlər hazırlanıb, bu gün onlar imzalanması üçün region rəhbəri Oleq Kojemyakoya göndəriləcək. Güman edilir ki, vəsait artıq fevralın 19-dan saxalinlilərin hesabına daxil olmağa başlayacaq", - deyə nazir bildirib.

























