
Ağdamda ağır yol qəzası baş verib. Nyus.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə İmanqulubəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil 3 piyadanı vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzanın təfərrüatları, yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

























