
Bakıda yeniyetmə qız itkin düşüb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib.
Qəsəbə sakini Binnət Camal oğlu Mayılov ərizə ilə polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 2002-cı il təvəllüdlü Çinarə Binnət qızı Mayılova martın 27-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























