• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
  • 31-08-2026 Azərbaycanda ''turizm kəndləri'' yaradılır - VİDEO
  • 30-08-2026 "Pullarımı Zeynəb Həsəni yığır"
  • 30-08-2026 Bakıda aptekdən alınan siropun içindən milçək çıxdı – Video
  • 30-08-2026 Ermənistan itkin azərbaycanlıların dəfn yerləri barədə məlumat verməlidir - Hikmət Hacıyev
  • 30-08-2026 Bu gün Türkiyədə Zəfər Bayramıdır
  • 30-08-2026 Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı
  • 30-08-2026 Rusiyanın ən böyük neft zavoduna ağır zərbə: Hərbi aerodrom da vuruldu
  • 30-08-2026 Hava kəskin dəyişir: FHN-dən əhaliyə müraciət
  • 30-08-2026 Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
  • 30-08-2026 "Liverpul"dan "Mançester Siti"yə keçəcək
  • 30-08-2026 "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu
  • 30-08-2026 Sabah leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək

XƏBƏRLƏR

    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
8-02-2018, 08:29

İnsanın ölüm anı bu cür müəyyən ediləcək - Qaydalar təsdiqləndi

İnsanın ölüm anı bu cür müəyyən ediləcək - Qaydalar təsdiqləndi
Kliniki, bioloji və beyin ölümünün diaqnozunun qoyulması proseduru müəyyənləşib
Səhiyyə Nazirliyinin Kollegiyası “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nı təsdiq edib. APA-nın məlumatına görə, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Abbas Vəlibəyovun imzaladığı Qayda bu gündən – fevralın 7-dən qüvvədədir. Qeyd olunub ki, ölüm zamanı insanın orqanizmində ardıcıllığa malik mərhələli bioloji proseslər gedir. Buna müvafiq olaraq insan olümü kliniki və ya beyin ölümündən sonra bioloji ölümlə başa çatır. Kliniki ölüm mərhələsində ürəyin fəaliyyəti və tənəffüs prosesi dayanır, orqanizmin həyat fəaliyyətinin xarici əlamətlərinin heç biri müşahidə olunmur, lakin təxirəsalınmaz reanimasiyon tədbirlər nəticəsində orqanizmin həyat fəaliyyətini bərpa etmək mümkün olur. Kliniki ölümü tibb işçisi (həkim və ya feldşer) müəyyən edir. Ürəyin işləməsi və ağciyərlərin süni ventilyasiyası fonunda beynin bütün funksiyalarının tam dayanmasının və geridönməz proseslərinin qeydə alınması beyin ölümünün baş verməsini göstərir. Beyin ölümü diaqnozu xəstənin olduğu tibb müəssisəsində həkimlərin konsiliumu tərəfindən qoyulur. Konsiliumun tərkibinə öz ixtisası üzrə ən azı 5 il iş təcrübəsi olan həkim anestezioloq-reanimatolo və həkim nevropatoloq daxil edilməlidir. Konsiliumda insan orqan və toxumalarının transplantasiyasını həyata keçirən həkimlər iştirak edə bilməzlər. Bioloji ölüm orqanizmin həyat fəaliyyətinin geridönməz dayanmasıdır. İnsanın bioloji ölümü orqanizmdə meydana çıxmış erkən və (və ya) gec meyit əlamətləri əsasında müəyyən edilir. Beyin ölümü və ya bioloji ölüm insanın ölüm anı hesab edilir.

Reanimasiya tədbirləri orqanizmin həyativacib orqan və sistemlərinin funksiyalarının bərpasına, o cümlədən tənəffüs və qan dövranı funksiyalarının süni surətdə saxlanmasına yönəldilir və həkim və ya feldşer tərəfindən həyata keçirilir, onlar olmadıqda isə ürək-ağciyər-beyin reanimasiya tədbirlərinin aparılması üzrə tibbi təlim keçmiş və müvafiq vərdişləri mənimsəmiş şəxslər tərəfindən (fövqəladə hallarda) həyata keçirilir. Reanimasiya tədbirləri aşağıdakı hallarda dayandırılır:

- Beyin ölümünün müəyyənləşdirilməsi əsasında insan ölümünün təsdiqlənməsi zamanı;

- reanimasiya tədbirlərinin insanın həyati vacib funksiyaların bərpasına 30 dəqiqə ərzində yönəldilməsi nəticəsiz olduqda;

- reanimasiya tədbirlərinin tam həcmdə (ağciyərin süni ventilyasiyası, ürəyin masajı, dərman vasitələrinin istifadəsi) keçirilməsinə başlanmasından 10 dəqiqə ərzində, yenidoğulmuşlarda ürək döyüntüsünün olmaması;

- bioloji ölümün əlamətləri aşkarlandıqda.

Bioloji ölüm anı ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələrinin həkim və ya feldşeri tərəfindən müəyyən edilir və “Ölüm haqqında tibbi şəhadətnamə” doldurulur. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni tibb müəssisələrinə təqdim etmək üçün doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir:

- hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı;

- infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda;

- tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında;

- zorakı ölümə şübhə olduğu hallarda;

- ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda;

- ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda;

Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. Yeni doğulmuşun ölümü 168 saat ərzində baş veribsə “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” doldurulur. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin Beynəlxalq Statistik Təsnifatı (XBT-10)” üzrə kodlaşdırılmalıdır.. Şəhadətnamə həkim və ya feldşer tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Şəhadətnamə 3 nüsxədə tərtib olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az