
"Report"un xəbərinə görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
36 yaşlı Abdullayev Səbi Kərəm oğlu küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb. O, naməlum şəxslə əbəyaxa dava edib. Nəticədə ayağından bıçaqlanan S.Abdullayev 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Nyus.Az

























