Şəmkirdə ər-arvadı avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 414-cü kilometrliyində, Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Əzəlxan Xeyrəddin oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakinləri - 1942-ci il təvəllüdlü Çingiz Talıb oğlu Hacıyevi və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Çinarə Əli qızı Heydərovanı vurub. Nəticədə hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Orada ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə göndəriliblər.
Qeyd edək ki, hər iki şəxs Bakıdan Şəmkirə qonaq gedibmiş.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az