
Quba rayonunun Təngəaltı kəndində “Toyota” markalı minik avtomobili qarlı yolda sürüşərək uçuruma düşmək təhlükəsi ilə üzləşib.
Nyus.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, avtomobildə olan şəxslərin xilas olunması üçün qurumun Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Həyata keçirilən birgə tədbirlər nəticəsində avtomobildə olan 2 nəfər xilas olunub və təhlükəsiz əraziyə çıxarılıb.
Əməliyyat başa çatıb.
Nyus.Az

























