
Kanadanın paytaxtı Ottavada ikimərtəbəli avtobusun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 22 sərnişin yaralanıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, xəsarət alanlardan bir neçə nəfər kritik vəziyyətdədir. Qəza yerli vaxtla 16:00-da baş verib.
Yayılan videogörüntülərdə avtobusun dayanacağa çırpıldığı görünür. Hadisə yerinə 30-a yaxın təcili tibbi yardım maşını, polis və xilasedicilər cəlb olunub
Nyus.Az

























