
Sumqayıtda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən milli.az-a verilən məlumata görə, şəhərin Corat qəsəbəsində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda tikilmiş ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Nyus.Az

























