• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
9-01-2018, 18:20

OYNAŞI İLƏ BİRGƏ YAXALADIĞI GƏLİNİYLƏ HUMANİST DAVRANAN QAYINATAYA İLAHƏDDİN HƏSƏNOVA MÜSTƏNTİQDƏN SƏRT İTTİHAM

OYNAŞI  İLƏ  BİRGƏ  YAXALADIĞI  GƏLİNİYLƏ  HUMANİST DAVRANAN QAYINATAYA  İLAHƏDDİN HƏSƏNOVA  MÜSTƏNTİQDƏN  SƏRT  İTTİHAM
Bizim cəmiyyətdə milli mentalitetimizdən qaynaqlanan belə bir fikir var: "Kişilər xəyanət edər, amma qadınlar əsla!" Çoxdan müşahidə olunmaqdadır ki, bu fikir artıq qüvvədən düşüb və kişilər qədər olmasa da, qadınlar da həyat yoldaşlarına xəyanət edirlər. Qadınların öz ərləri tərəfindən qətlə yetirilməsinin də, boşanmaların da əsas səbəblərindən biri və birincisi məhz xəyanətdir.

"ZÜLMƏTDƏ BİR DAŞ VAR..."

Azərbaycanda ailə xəyanəti boşanma iddiası irəli sürməyə əsas sayılsa da, bəzən hətta qadının əxlaqsız həyat tərzi keçirməsi ailə dağıldığı təqdirdə onu uşaqlara tərbiyə vermək hüququndan məhrum etsə də, ailə xəyanətini əsas tutaraq xəyanətkar həyat yoldaşına özbaşına cəza verməyə qalxanlar qarşısında cavab verirlər. Qloballaşma, mentalitetimizin bu köhnə stereotipinin yanlış və zərərli olduğunu çoxdan ortaya qoyub. Bu halla rastlaşanların sivil yolla boşanmaya üstünlük vermələri əlbəttə ki daha məqsədəuyğun hesab edilir. Lakin bir deyim var: "Zülmətdə bir daş var - götürən də peşmandır, qoyan da". Belə bir mənfi tendensiya da müşahidə olunmaqdadır ki, xəyanətin şahidi olarkən affekt vəziyyətə düşmədən ağılla hərəkət edənlər, yolları ayırmaq üçün sivil yolu seçənlər, qarşı tərəfin xəyanətini sübut etmək üçün tədbir görənlər tutduqları əmələ görə üçüncü şəxslər tərəfindən peşman edilirlər. Və çox təəssüf ki, bəzən bizim çəkəcəyimiz misdalda olduğu kimi, məhz hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən.

08 Yanvar 2018-ci il tarixdə saat 12:30-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirdiyi mətbuat konfransında vətəndaş Həsənov İlahəddin Millət oğlu media mənsublarına müraciət edərək Binəqədi rayon hüquq-mühafizə orqanları, xüsusilə Bənəqədi RPİ-nin müstəntiqi Vəliyev İbrahim Ramiz oğlu tərəfindən ona və ailəsinə qarşı edilən qanunsuzluqlardan şikayətləndi.

Bildirirdi ki, oğlu Anarın həyat yoldaşı və iki azyaşlı qız uşağının anası olan, Sabirabad rayonunun Qaratəpə kəndində anadan olmuş gəlini Həsənova Günel Hidayət qızının müxtəlif şəxslərlə mütəmadi olaraq görüşərək ailəsinə xəyanət etməsi barədə məlumatları olmuşdur. Şübhələrə son qoymaq üçün o, aldığı növbəti məlumatı dəqiqləşdirmək üçün özü , oğlu Qoşqar, qayınları Yaşar və Şərif, Günelin xalasının əri Ehtiramla birgə 24 may 2017-ci il tarixdə Güneli izləyərək, onun Xəyal adlı şəxslə görüşərək ərinə xəyanət etdiyi zaman üstünə çıxmış, onları Həsənova məxsus olan, Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, Döngə 18, ev 255 ünvana gətirmişlər. İ.Həsənovun sözlərinə görə, burada Günel günahkar olduğunu və Xəyalla yaxınlıq münasibəti özünün qurduğunu etiraf etmişdir: "Əlimizdə bunu sübut edən səs yazısı və videoçəkiliş qeydi vardır. Bundan sonra biz əxlaqsız həyat tərzi keçirən və həyat yoldaşına xəyanət edən gəlinin bizim ailəmizə uyğun olmadığını bildirərək, ona toxunmadan iki azyaşlı uşağıyla birlkikdə maşına mindirib xalası Sevdanın evinə aparmışıq. Orada qalmaq istəmədiyindən, sonra xalası qızı Vəfanın evinə aparmışıq və o, iki uşaqla birlikdə xalası qızının evində qalmışdır. 25 may 2017-ci il tarixdə Vəfa bizə zəng edərək Günelin azyaşlı uşağın yanında ülgüclə qolunu kəsərək qan içində olduğunu bildirmişdir. Mən və həyat yoldaşım nəvələrimizin anası olduğunu düşünərək və ona yazığımız gəldiyindən humanistlik edib maşınla Vəfanın evinə getmiş, Güneli xəstəxanaya aparıb qolunu sarıtmış, sonra isə Vəfanın evinə qaytarmışıq".

"OĞRU ELƏ BAĞIRDI Kİ..."

İ.Həsənov onu da bildirdi ki, Günel 27 may 2017-ci il tarixdə "Azərsutikinti" xəstəxanasının nevrologiya şöbəsinə müalicəyə qəbul edilərək 30 may 2017-ci il tarixinə kimi orada müalicə almışdır: "Bildirirəm ki, bu müddət ərzində Günelin bədənində lezva ilə qolunda kəsdiyi xəsarətdən başqa heç bir xəsarət olmamışdır. Bu fakt hadisənin şahidi olan çoxsaylı insanlar, eləcə də Günelin xalası və xalası qızı tərəfindən təsdiq edilmişdir, eyni zamanda bu fakt xəstəxana sənədi ilə də təsdiq edilmişdir. Bütün bunlara baxmayaraq, Günel 06 iyun 2017-ci il tarixdə DİN-nin "qaynar xətti" olan "102" xidmətinə zəng edərək mənim 24 may 2017-ci il tarixdə onu döyərək bədən xəsarəti yetirməyim barədə məlumat vermişdir. Bundan sonra 17.07.2017-ci il tarixdə ekspertiza keçirilmiş və həmin elkspert rəyi ilə Günelin bədənində aşkar edilmiş xəsarətlərin - başın əngə nahiyəsində dərialtı hematoma, döş qəfəsinin sol yarısında şişkinlik, qançır, üzün sağ və sol yanaq nahiyələrində sıyrıqlar, sol bazu nahiyəsində və sağ baldır nahiyəsində qançırlar, sol əlin üst səthində yanıq yarası olduğu müəyyən edilmişdir. Binəqədi RPİ-nin müstəntiqi Vəliyev İbrahim Ramiz oğlu tərəfindən mənim Günelə xəsarət yetirmədiyimi təsdiq edən bütün sübutlar bir kənara atılaraq, yalnız Günelin və 24 may 2017-ci il tarixdə Bakıda olmayan və heç nəyi görməyən Günelin valideynlərinin ifadələrini əsas götürülərək, 17.07.2017-ci il tarixinə kimi olan müddət ərzində hansı şəxs tərəfindən yetirilməsi - mənşəyi məlum olmayan xəsarətlərə görə qanunsuz və əsassız olaraq mənə Azərbaycan Respublikası Cuinayət Məcəlləsinin 128-ci maddəsilə ittiham verilmişdir".

İ.Həsənov ona qarşı irəli sürülmüş ittihamın qanunsuz və qurama olduğunu təsdiq edən aşağıdakı hallara diqqət yetirilməsinin vacib olduğunu bildirdi:

"Birinci, 24 may 2017-ci il tarixdə mən Güneli döyərək ona xəsarət yetirmişəmsə, necə olur ki, hadisədən yarım ay sonra - 06 iyun 2017-ci il tarixində bu barədə şikayət edir, özü də Daxili İşlər Nazirliyinin "qaynar xətt"inə? İkinci, hadisəni görən şəxslər, hətta qonşular bizim tərəfimizdən Günelə əl vurulmadığını təsdiq etmişlər. Üçüncü, Günelin öz qohumları olan xalası və xalası qızı evlərinə gətirilən zaman Güneldə heç bir xəsarətin olmadığını təsiq etmişdir. Dördüncü, Günel 27 may 2017-ci il tarixindən 30 may 2017-ci il tarixinə kimi "Azərsutikinti" xəstəxanasının nevrologiya şöbəsində müalicə olunmuşdur. Həmin tarixlərdə Günelin bədənində göstərilən xəsarətlər, əsasən də başından aldığı "başın əngə nahiyəsində dərialtı hematoma" olmuşdursa, həmin xəsarətdən müalicə almalıydı və bu onun xəstəlik tarixində (Epikrizdə) qeyd olunmalıdır. Mənim vəkilim tərəfindən həmin müalicə müəssisəsinə sorğu verilərək epikrizin surəti əldə edilmişdir, həmin epikrizdə göstərilən xəsarət əksini tapmamışdır və bu sənədlə göstərilən tarixdə Günelin bədənində həmin xəsarətlərin olmadığı təsdiq olunur.

Göründüyü kimi, 24 may 2017-ci il tarixində xəsarət yetirilməsi barədə yarım ay sonra verilmiş şikayət əsasında və bundan uzun müddət sonra kim tərəfindən, Günelin özü, atası və ya üçüncü şəxs tərəfindən yetirilməsi mənşəyi məlum olmayan xəsarətlər əsasında heç bir sübut olmadan mənə həqiqətə uyğun olmayan qanunsuz və əsassız ittiham verilmişdir".

"QARA MƏNİ BASINCA..."

İ.Həsənovun fikrincə, ona ittiham atmaqda Günelin və valideynlərinin məqsədi ona təzyiq etmək, onu tutduraraq qisas almaqdır: "Bu məqsədlərinə çatmaq üçün onların Binəqədi RPİ-nin müstəntiqi Vəliyev İbrahim Ramiz oğlu ilə qanunsuz əlaqəyə çıxdığı və bunun nəticəsi olaraq mənə qanunsuz ittiham verildiyi aşkar şəkildə təsdiq olunur. Bildirirəm ki, müstəntiq tərəfindən istintaq sənədlərində aşkar saxtakarlıqlar edilmişdir. Bu cinayət işi hal-hazırda Binəqədi rayon məhkəməsinin hakimi R.Əliyevin icraatındadır.Bildirirəm ki, mənim KİV-ə müraciət etməyimin səbəbi Binəqədi rayon hüquq-mühafizə orqanlarının işçilərinin başqa şəxslə qanunsuz əlaqəyə çıxaraq mənə - namuslu insana qarşı iftira atılaraq qanunsuz ittiham olunmağımda iştirak etməsidir. Mənim siz media işçilərindən xahişim bu qanunsuz cinayət işinin KİV-də işıqlandırılaraq yol verilmiş qanunsuzluğun məhkəmə instansiyasında da davam etdirilməməsinə köməklik etməyinizdir".

Sonra İ.Həsənov və vəkili jurnalistlərin suallarını cavablandırmışlar. Vəkil bildirmişdir ki, müvəkkili İ.Həsənov iş məhkəməyə gedənədək ittiham olunduğunu bilməmiş, müstəntiq tərəfindən hüquqları izah olunmamış, ümumiyyətlə proses bir sıra qanunsuzluqlarla müşayiət olunmuşdur. Onun sözlərinə görə, İ.Həsənovun təqsirləndirilməsində yalnız istintaq orqanı tərəfindən deyil ,eyni zamanda ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorluq tərəfindən də kobud qanun pozuntularına yol verilmişdir.Bu vəziyyətdə göstərilən qanun pozuntularının məhkəmə instansiyası tərəfindən davam etdirilməyəcəyinə və məhkəmə tərəfindən cinayət işinə qanuni baxılacağına tam zəmanət yoxdur.

"DÖVLƏT İKİ ŞEYDƏN SARSILA BİLƏR..."

Ümummilli lider Heydər Əliyev demişdir: "Dövlət iki şeydən sarsılka bilər - Günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə. Ümid edək ki, bizim misalda sonrakı proseslər ədalətlə həyata keçiriləcək, təqsirsizin haqsız cəzalanmasına, təqsirkarın məsuliyyətdən kənarda qalmasına səbəb olmayacaq.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az