
“Report” xəbər verir ki, Zivərbəy Əhmədbəyov küçəsində piyada zolağından keçən 2000-ci il təvəllüdlü Həsənov Eltun Əkbər oğlunu minik avtomobili vurub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Nyus.Az

























