
Xətai rayonunda baş verən yanğın söndürülüb.
Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında yerləşən ikimərtəbəli binada yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
XXX
02:36
Xətai rayonunda yanğın qeydə alınıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın (taxta konstruksiyalardan ibarət) bir hissəsinin dam örtüyü yanıb.
Yanğın saat 01:53-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur). Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.
İlkin məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.
01:56
Bakı şəhərinin Nobel prospekti, Daşqın Səfərov 84 ünvanında ikimərtəbəli yaşayış binası yanıb.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 10-a yaxın yanğınsöndürən briqadası cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində iş aparıblar.
Yanğın binan zirzəmisində başlayıb.
Yanğın baş verən əraziyə Səhiyyə Nazirliyin təcili tibbi yardım birqadası da cəlb olunub.
Nyus.Az

























