
Türkiyənin mərkəzi hissəsində paytaxt Ankaraya gedən sərnişin avtobusunun aşması nəticəsində azı 3 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
Nyus.Az "report"-a istinadən bildirir ki, qəzaya hadisənin baş verdiyi regiona yağan güclü qar və külək səbəb olub.
Əraziyə xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara aparılıb.
Nyus.Az

























