15:23
Lənkəranda bıçaqlanma hadisəsi olub.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.
30 yaşlı Ümüd Əzimzadə və 33 yaşlı Sehran Baxşıyev bir-birinə bıçaq xəsarətləri yetiriblər. Tərəflər arasında baş verən mübahisə zamanı səslənən təhqiramiz ifadələr nəticədə bıçaqlanmaya səbəb olub.
Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar dərhal əməliyyat olunub, vəziyyətləri ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
----------
15:03
Lənkəran şəhrində yerləşən Mərkəzi bazarda kütləvi dava olub.
Milli.Az report-a istinadən xəbər verir ki, dava zamanı iki nəfər bıçaqlanıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.