
Mingəçevir Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsində ilk dəfə doğum faktı qeydə alınıb.
Nyus.Az "Report"a istinadən bildirir ki, axşam saatlarında şəhərin N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində yol qəzası baş verib. Belə ki, "Ford" markalı yük mikroavtobusu "Naz-Lifan" markalı avtomobillə toqquşub. Qəza zamanı "Naz-Lifan" markalı maşında olan Heydərova Aişə Müsafir qızı hadisədən dərhal sonra xəstəxanaya çatdırılıb. Qorxu və həyəcan keçirən hamilə qadını Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə çatdırmaq mümkün olmayıb. O, ilkin müayinə üçün aparıldığı Təcili Yardım şöbəsində uşaq dünyaya gətirib.
Qadın oğlan uşağı dünyaya gətirib, körpənin durumu normaldır.
Nyus.Az

























