
Meksikada təyyarə qəzası baş verib.
Nyus.Az "Report"a istinadən bildirir ki, bu barədə "El Debate" qəzeti öz saytında məlumat yayıb.
Bildirilir ki, hadisə ölkənin şimal-qərbində, Sinaloa ştatının paytaxtı Kulyakanedə qeydə alınıb. Yüngül mühərrikli təyyarə yaşayış evinin üstünə düşüb. Qəza zamanı təyyarədə olan 4 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.
Əraziyə xilasedicilər, yanğınsöndürənlər və polis əməkdaşları gəlib. Qəzanın başvermə səbəbi hələ açıqlanmır.
Nyus.Az

























