
Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nyus.Az "report"-a istinadən bildirir ki, Yevlax-Xaldan yolunda minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində, ilkin məlumata görə, sürücü müxtəlif bədən xəsarətləri alıb.
Yaralının Mingəçevir şəhərində yerləşən xəstəxanaya aparıldığı bildirilir. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























