
Qusar rayonunun Şirvanovka kəndində ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 280 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otaq və aynabəndinin yanar konstruksiyaları 96 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Nyus.Az

























