
Məşhur "Qevin Ford ilə səhər" adlı şounun aparıcısı olan jurnalist Qevin Ford noyabrın 27-də Livandakı evində ölü tapılıb.
Nyus.Az "report"-a istinadən bildirir ki, bu barədə yerli "An-Nahar" qəzeti yazıb.
"Radio One" əməkdaşları radioaparıcı işə gəlmədiyi və həmkarlarının çoxsaylı zənglərinə cavab vermədiyi üçün yerli hakimiyyət orqanlarına müraciət ediblər.
Nəşrin məlumatına görə, aparıcının boğulmadan öldüyü, bununla belə əllərinin bağlı olduğu müəyyən edilib.
Həmçinin qeyd edilib ki, onun avtomobili oğurlanıb.
Hazırda qətlin motivləri və cinayətkarın şəxsiyyəti müəyyən edilməyib, təhqiqat aparılır.
Ford yerli "Radio One" radiostansiyasında 1995-ci ildən işləyib.
Nyus.Az

























