
Yevlaxda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb.
Nyus.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Əmiraslanovu naməlum avtomobil vurub. Qəzanı törədən avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.
Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. N.Əmiraslanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























