
Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Nyus.Az "report"-a istinadən bildirir ki, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Rayonun Privolnoye kənd sakini, 1962-ci il təvəllüdlü Gülmirzəyeva Xanım Qurbanəli qızı müəyyən edilməmiş avtomobil ilə vurulub. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, sürücü qəzadan sonra hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























