
Cəlilabadda minik avtomobillərinin toqquşması nəticəsində yerli sakin xəsarət alıb.
Nyus.Az "report"-a istinadən bildirir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində baş verib.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Uzuntəpə kənd sakini, 1994-cü il təvəllüdlü Həşimova Türkanə Ələddin qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























