
Braziliyada 24 yaşlı futbolçu Deniel Freytas ölü tapılıb.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, öldürülməzdən öncə futbolçuya işgəncə veriblər.
Naməlum şəxslər onun başını, cinsiyyət orqanını kəsiblər.
Lakin hələlik polis futbolçunun qətlə yetirildiyini təsdiqləməyib.
Qeyd edək ki, Freytas 2016-cı ildən "San Paolo" klubunda çıxış edib. Onun sonuncu klubu Braziliya B seriyasında çıxış edən "San Bento" klubu olub.
Nyus.Az


























