
Yevlax şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"VAZ" markalı avtomobilin şəhərin mərkəzi küçələrindən birində idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1991-ci il təvəllüdlü Mehman Kərimov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Report)

























