
İndoneziyanın xilasedici xidmətlərinin məlumatına görə, Cakarta limanından çıxan yedəkdə sərnişin təyyarəsinin dənizə düşdüyünü görüblər.
Trend-in "The Straits Times" qəzetinə istinadən verdiyi məlumata əsasən, Cakartadan Pankalpinanqa uçan təyyarənin göyərtəsində 178 nəfər olub.
"Lion Air" aviaşirkətinin rəhbəri Edvard Sirait vəziyyəti şərh etməkdən imtına edib. "Hal-hazırda şərh verə bimərik. Biz bütün məlumatı toplamağa çalışırıq", - deyə Sirait bildirib.
---------
07:07
"Lion Air" aviaşirkətinin "Boeing 737" təyyarəsi Cakarta aeroportundan havaya qalxandan sonra qəzaya uğrayıb.
Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata əsasən, sərnişin təyyarəsi havaya qalxdıqdan 10 dəqiqə sonra radarlardan itib.
Təyyarə Cakartadan Pankallinanq şəhərinə aviareysi (JT-610) yerinə yetirirdi.
Nyus.Az

























