Hadisə yerinə çox sayda təcili yardım avtomobilləri və xilasedicilər cəlb olunub
Türkiyədə mikroavtobusla yük maşınının toqquşması nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb. Nyus.Az “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 30-da Van əyalətinin Gülpınar rayonu ərazisində, Van-Başkale avtomobil yolunun 70-ci km-də baş verib. Hadisə yerinə çox sayda təcili yardım avtomobilləri və xilasedicilər cəlb olunub. Qəzanın səbəbi araşdırılır.