Hadisə Ceyranbatan qəsəbəsində baş verib
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nyus.Az "Report"a istinadən xəbər verir ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 23, mənzil 51-də yaşayan 1957-ci təvəllüdlü İbad Hüseyn oğlu Hüseynov qəsəbədə yolu keçmək istəyərkən qarşı tərəfdən gələn "Mercedes" markalı avtomobil onu vurub. Yaralı dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.