12 il əvvəl dələduzluq edən şəxsə cəza təyin edilməyib.
Musavat.com xəbər verir ki, dələduzluqda təqsirləndirilən Elxan Şıxalıyevin cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə hökm elan edilib.
Hökmə əsasən Elxan Şıxalıyevin cinayət məsuliyyətinə cəlb olunma müddəti başa çatdığından barəsində cəza təyin olunmayıb.
Elxan Şıxalıyev vətəndaşların etibarından sui-istifadə edərək 12 il əvvəl onları aldadıb.
Cinayət Məcəlləsinin 1783.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Elxan Şıxalıyev vətəndaşlara torpaq satacağı adı ilə 28 min dollarlıq dələduzluq edib.
İ.Muradov