
Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.
Nyus.Az "report"-a istinadən bildirir ki, rayonun Sadıxlı kənd sakini, 1994-cü il təvəllüdlü Aqil Səhrəddin oğlu İsgəndərov hələ ki, məlum olmayan şəraitdə bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədilməsi ilə bağlı araşdırma aparılır.
Nyus.Az

























