
Məktəb avtobusu Texasın şimalında qəzaya uğrayıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 1 uşaq ölüb, 3 nəfər xəsarət alıb.
42 məktəbli olan avtobus fənər dirəyinə çırpılıb və aşıb. Elektrik naqilləri nəqliyyat vasitəsini alışdırıb. Yanğınsöndürən və polislər hadisə yerində 1 uşağın ölüsünü aşkar edib. Daha 3 məktəbli, sürücü və 3 müəllim sağlamlığa təhlükə yaratmayan yaralarla xəstəxanaya çatdırılıb.
Qəza Dallasın şərqində, Meskitedə baş verib.
Nyus.Az

























