
Bu gün 160 nömrəli avtobusun neft çənləri daşıyan qatarla toqquşması nəticəsində yaralıların sayı 26-ya çatıb. Onlardan üçü məktəbdən evə qayıdan azyaşlıdır.
Hadisənin avtobus sürücüsünün günahı üzündən baş verdiyi bəlli olub. Avtobus şlaqbauma məhəl qoymayaraq qatarın yoluna çıxıb.
Qəzada ölən şəxs azyaşlıdır.
* * *15:26
Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı sərnişin avtobusu ilə toqquşub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, qəza nəticəsində 17 nəfər yaralanıb. Onlardan 9-u kişi, 6-sı qadın, 2-si isə azyaşlıdır.
Yaralıların 11-i 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb. Yaralılardan 1 nəfəri dünyasını dəyişib. Daha 6 yaralı isə xəstəxanaya çatdırılır.
Ülviyyə Xuduzadə




Virtualaz.org

























