Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, avtoqəza Nobel prospektində qeydə alınıb.
1967-ci il təvəllüdlü İsgəndərov Rasim Şəmsəddin oğlu "KamAZ" markalı yük maşını ilə prospektlə Zığ qəsəbəsi istiqamətində hərəkət edən zaman idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Onun yük yerində olan qum isə yola dağılıb.
Qəza nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya çatdırılıb. Məlumata görə, sürücü R. İsgəndərov sükan arxasında yuxuladığı üçün sükana nəzarəti itirib.
Yol qəzasının təfərrüatları araşdırılır.