
21:47
Şəmkir rayonunda baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların kimliyi məlum olub.
Nyus.Az Report-a istinadən xəbər verir ki, bunlar 1989-cu il təvəllüdlü Elçin Firdovsi oğlu Allahverdiyev, 1996-cı təvəllüdlü Elvin Aqil oğlu Adıgözəlov, 1983-cü il təvəllüdlü Azər Polad oğlu Qasımov, 1958-ci il təvəllüdlü Məhluqə Əsəd qızı İsgəndərova, 1969-cu il təvəllüdlü Xədicə Qasımova, 1986-cı il təvəllüdlü Türanə Eldar qızı Məmmədova, 2014-cü il təvəllüdlü Murad Ramiz oğlu Qasımov, 2006-cı il təvəllüdlü Rəna Rüstəmova və 1989-cu il təvəllüdlü Ramiz Qasımovdur.
Daha 5 nəfərə isə ambulator yardım göstərilib.
16:20
Şəmkir rayonunda ağır yol qəzası baş verib.
Nyus.Az Report-a istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb.
Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
15:37
Şəmkir rayonunda qəzaya uğrayan mikroavtobusun sürücüsü hadisə yerində ölüb.
Nyus.Az Report-a istinadən xəbər verir ki, qəza rayonun "Yasamal aşırımı" adlanan ərazisində baş verib.
Hadisə nəticəsində 14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.
Nyus.Az

























