
Ağstafa rayonunda 5 nəfərin xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, Poylu kəndi yolu ilə hərəkətdə olan "VAZ-21099" markalı avtomobilin digər maşınla toqquşması nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Xəstəxanaya aparılan şəxslərin vəziyyətinin qənaətbəxş və normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Ağstafa rayonunda baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.
"Report"un Qərb bürosu xəbər verir ki, bunlar - Poylu kənd sakini, 1989-cu il təvəllüdlü Dəmirov Qiyas Qabil oğlu, Kirovka kənd sakini, 1997-ci il təvəllüdlü Əliyev Hüseyn Eldar oğlu və Ağstafa şəhər sakini, Əliyev Məhəmməd Etibar oğludur. Hər üç yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Daha iki nəfərə isə ambulator yardım göstərilib.
Nyus.Az

























