
Abşeronun Qobu qəsəbəsində 13 yaşlı uşağı qonşuluqda yaşayan şəxs avtomobil ilə vurub.
Nyus.Az "Report"a istinadən xəbər verir ki, hadisə Çingiz Mustafayev küçəsində baş verib.
2005-ci il təvəllüdlü Rəhimov Şahin Murad oğlu yaşadığı evin yaxınlığında yolu keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verilib.
Nyus.Az

























