
Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Nyus.Az "Report"a istinadən xəbər verir ki, hadisə "Xutor" kimi tanınan ərazidə baş verib.
1990-cı il təvəllüdlü Rüstəmova Firuzə Vaqif qızı yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























