Bakı şəhərinin Yasamal rayonu ərazisində polisə müqavimət göstərən şəxs zərərsizləşdirilib.
Femida.az-ın əldə etdiyi məlumata görə, hadisə II Alatava yaşayış massivində baş verib. Belə ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətl törətməkdə şübhəli bilinən Məşədiyev Həsən Kamil oğlu polisə müqavimət göstərib, bu zaman o zərərsizləşdirilib. Onun silahlı olduğu deyilir.
Faktla bağlı polisə araşdırma aparılır.
Mircəlal Məcidli