
Yasamal rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Əhməd Cəmil küçəsi 30 ünvanında baş verib.
1956-ci il təvəllüdlü Şərifov Şamil Mikayıl oğlunu yaşadığı evdə ehtiyyatsızlıqdan elektrik cərayanı vurub. Nəticədə o ağır xəsarət alıb.
Ş.Şərifov xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Nyus.Az

























