
Ötən gecə Salyan rayonunun Noxudlu kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Bakı şəhər sakini, 23 yaşlı Bəhruz Əvəz oğlu Məmmədovun idarə etdiyi 90-PE-508 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomaşın yeni çəkilən Ələt-Astara avtomobil yolundan Noxudlu yoluna keçid edərkən idarə etməni itirərək şor su kanalına aşıb.
Hadisə nəticəsində sürücü və 40 yaşlı sərnişini, Bakı şəhər sakini Vüqar Məzahir oğlu Piriyev muxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Emil Məmmədov

























