
Bakıda və Ağsuda yanğın hadisəsi qeydə alınıb.
Nyus.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 17 m2 sahədə və 1 otağın dam örtüyü 15 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Ağsu rayonunda isə ümumi sahəsi 216 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 5 otağın yanar konstruksiyaları 108 m2 sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Nyus.Az

























